"ABŞ kosmosa hərbi əməliyyatların aparılması üçün yeni meydan kimi baxır"


Dünya 11 Noy 2017 08:59:00 318 0

"ABŞ kosmosa hərbi əməliyyatların aparılması üçün yeni meydan kimi baxır"

ABŞ kosmosa hərbi əməliyyatların aparılması üçün yeni meydan kimi baxır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu ABŞ-ın Hərbi Hava Qüvvələri naziri Hizer Uilson brifinq zamanı bildirib.

Bundan başqa, Uilsonun sözlərinə görə, 2018-ci ildə Pentaqon kosmik araşdırmaların "iqtisadi cəhətdən sərfəli modernləşdirilməsi"nin xərclərini 20% artırmağı planlaşdırır.