Hər kəs 7 yaşlı uşaqdan danışır


Digərləri 10 Noy 2017 22:24:00 253 0

Hər kəs 7 yaşlı uşaqdan danışır

Sanki əllərində və qollarında sümük yoxdur. Gah barmaqlarını əlinin üzərinə gətirir, gah da barmaqları üzərində rəks edir.

Son.az bildirir ki, Gülər Zakirova Qəbələ rayonunun Zarağan kəndində yaşayır. 1 saylı tam orta məktəbin 2-ci sinfində oxuyan 7 yaşlı bu qız bəzən saatlarla bu cür hərəkətlər edir. Deyir ki, məqsədi rəqqas olmaqdır.

Onun bu cür hərəkətlər etməsi yaxınlarının da təəccübünə səbəb olur.Gülərin anası deyir ki,onda bu istedat kiçik yaşlarından biruzə verib.Bəzən elə olur ki, o, gün ərzində saatlarla barmaqlarını və qolunu heç kimin bacarmadığı şəkildə müxtəlif istiqamətə döndərə bilir.

Həkimlər isə bildirir ki,bu hal insanlarda geniş yayılmasa da tibbdə buna hipermobil sindromu deyilir.Uşaqların tez-tez belə hərəkətlər etməsi isə sonradan sağlamlığında problemlər yarada bilər.