Yeni fırıldaq: pulunu ver,


Digərləri 10 Noy 2017 21:45:00 274 0

Yeni fırıldaq: pulunu ver,

Hakerlər, sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş, şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə oğurlayırlar. Onlar qanunun tələblərinə məhəl qoymadığlarını isə gizlətmirlər.

Pulunu ver, ərinin yazışmalarından xəbərdar ol. Şikayət əsasında bir nəfərin kişilərin telefonuna qeyri-qanuni yolla müdaxilə etdiyini öyrəndik. Son.az bildirir ki, pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir. Belə ki, pulunu verirsən və ərinin sms, votsap və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan. Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

İddianın doğruluğunu yoxlamaq üçün deyilən nömrəyə zəng etdik. Məlum oldu ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.

Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə verdiyi cavabdan onun qanunlara məhəl qoymadığı məlum oldu.