"CinemaPlus"da "Yanlış anlama" komediya filminin təqdimatı baş tutdu FOTOLAR


Digərləri 10 Noy 2017 19:56:00 371 0

"CinemaPlus"da "Yanlış anlama" komediya filminin təqdimatı baş tutdu  FOTOLAR

Premium kinoteatr "CinemaPlus Gənclik Mall"da 8 noyabr saat 19:30-da " Yanlış anlama" komediya janrında olan filmin təqdimatı baş tutub.

Tədbirdə şou biznes ulduzlar, məşhur aktyorlar, rejissorlar, televiziya aparıcıları, media-şəxslər, çoxsaylı KIV nümayəndələri iştirak etmişdilər.

Təqdimat günündə Türk aktyorları Hakan Bilgin, Bahadır Efe, Pelin Sönmez, icraçı prodüser Levent Cengizxan, həmçin Azərbaycan aktyorları Fərda Amin, Pərvin Abıyeva və İslam Mehrəliyevin iştirakı ilə mətbuat konfransı təşkil edildi.

Türkiyə və Azərbaycan arasındakı isti münasibətləri gülməli bir hekayə ilə izah edən komediya filmidir.