Azərbaycanlı qadının Rusiyaya girişinə qoyulmuş qadağa götürüldü


Digərləri 10 Noy 2017 16:04:00 290 0

Azərbaycanlı qadının Rusiyaya girişinə qoyulmuş qadağa götürüldü

Rusiyada prokurorluq Azərbaycan vətəndaşının pozulmuş hüququnu bərpa edib.

Son.az APA-ya istinadən xəbər verir ki, Saratov vilayəti Prokurorluğu çoxuşaqlı ana olan Azərbaycan vətəndaşının pozulmuş hüquq və azadlıqlarını bərpa etməyə nail olub.

Belə ki, 2015-ci il sentyabrında Federal Miqrasiya Xidmətininin İdarəsi Azərbaycan vətəndaşının Rusiya ərazisinə daxil olmasına qadağa qoyub. Buna səbəb Azərbaycan vətəndaşının 3 il ərzində 2 dəfə inzabati xətaya yol verməsi olub. Lakin Federal Miqrasiya Xidmətinin əməkdaşları Azərbaycan vətəndaşının çoxuşaqlı ana olmasını və həyat yoldaşının Rusiya vətəndaşlığını nəzərə almayıblar. Prokurorluq Azərbaycan vətəndaşının üzərindən Rusiyaya giriş icazəsinin qadağan olunması haqında qərarı ləğv etdirə bilib.

Rusiya Federasiyasına girişin qadağan olunması haqqında qərarın qəbulu ilə xarici vətəndaşa şəxsi ailə həyatında hüquq və azadlıqlarını həyata keçirməsinə, öz uşaqları ilə Rusiya Federasiyasında yaşamasına maneə yaradılıb. Bu, Rusiya Federasiyası Konstitusiyasının və Rusiya Federasiyasında xarici vətəndaşların hüquqlarının vəziyyəti haqqında" federal qanunun pozulması deməkdir", - deyə Saratov vilayəti Prokurorluğunun məlumatında bildirilib.