FHN: Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib


Digərləri 10 Noy 2017 16:08:00 248 0

FHN: Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib

Bakıda biznes mərkəzində baş verən yanğın zamanı 42 nəfər təxliyə edilib.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli "AFEN PLAZA" biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.