Ermənistan ordusunda növbəti rüşvət faktı: hərbçilər üçün tikilən mənzillər pulla satılır


Dünya 10 Noy 2017 14:47:00 268 0

Ermənistan ordusunda növbəti rüşvət faktı: hərbçilər üçün tikilən mənzillər pulla satılır

Ermənistan silahlı qüvvələrində neqativ hallar baş alıb gedir.

Son.az Trend-ə istinadən xəbər verir ki, noyabrın 15-də hərbi qulluqçular üçün tikilən mənzillər hərbçilərə veriləcək. Xəbər sosial şəbəkələrdə böyük rezonans doğurub. Buna səbəb isə odur ki, həmin mənzillərə ermənistanlı hərbçilər yalnız rüşvət verməklə sahib ola bilərlər. Ev almaq üçün hər bir erməni zabitin mütləq 3000-10000 dollar arası rüşvət verməli olduğu deyilir.

Xəbər erməni hərbçi ailələrin narazılığına səbəb olub.