Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb


Digərləri 10 Noy 2017 14:39:45 202 0

Qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb

Qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıb.

Bakı. Ağcabədi RPŞ-yə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, faktla əlaqədar cinayət işi başlanılıb. Dərhal görülmüş tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.