Bakı məktəblisi Avropa çempionatının qalibi olub (FOTO)


Digərləri 10 Noy 2017 10:53:00 230 0

Bakı məktəblisi Avropa çempionatının qalibi olub (FOTO)

Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub.

Bakı. Paytaxt məktəblisi Avropa çempionatında I yeri tutub. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. BŞTİ-nin tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Ağayev Fransanın Paris şəhərində karatenin vado-kai növü üzrə 45-ci Avropa çempionatında təkbətək döyüşlərdə bütün rəqibləri üzərində qələbə qazanıb. Çempionatda 14-15 yaşlı idmançılar arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərid Ağayev qızıl medala layiq görülüb. Qeyd edək ki, çempionatda 20 ölkədən idmançılar iştirak edib.