"Emosional xanımların qızı olur" iddiası doğrudurmu? ARAŞDIRMA


Digərləri 09 Noy 2017 22:31:00 310 0

"Emosional xanımların qızı olur" iddiası doğrudurmu?  ARAŞDIRMA

Onlar ailədə yeddi bacı olub. Hazırda özü də ailəlidir. Ailə quranda qohum-qonşu, tanış-biliş deyib ki, birdən sənin də yeddi qızın olsa, nə edərsən?

Aygün xanım nə birinci, nə də ikinci hamiləliyi zamanı ultrasəs müayinəsinə gedərkən övladının cinsi ilə maraqlanmayıb. Deyir ki, övlad sevincdir, arzudur, əsas odur ki, sağlam və xeyirli övlad olsun: "Birinci hamiləliyimdə də maraqlanmamışam. Təsəvvür edin, hamı üçün çox maraqlı idi. Mən ailədə altı bacımla birgə böyümüşəm. Ona görə də heç fərq etmirdi. Nə həyat yoldaşım elə bir şey düşünüb, nə də mən".   Son.az APA TV-yə istinadən bildirir ki, ingilis alimlər və genetiklər hesab edir ki, oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. Oksford Universiteti alimlərinin apardıqları araşdırmanın nəticələri belədir. Mütəxəssislər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur.