Tarixin ən qəribə MÜQƏDDƏS ƏMANƏTLƏRİ Eynşteynin gözləri, Edisonun son nəfəsi... FOTO


Digərləri 09 Noy 2017 22:08:00 274 0

Tarixin ən qəribə MÜQƏDDƏS ƏMANƏTLƏRİ  Eynşteynin gözləri, Edisonun son nəfəsi...  FOTO

Dinlər hər zaman onlar üçün önəm daşıyan insanlardan geri qalan şeyləri müqəddəs əmanət kimi qoruyub saxlayıb.

Son.az xəbər verir ki, elm də bu mövzuda dinlərdən fərqli davranmayaraq, ona əziz olan insanların müxtəlif qalıqlarını qoruyub saxlayır.

Bu gün Buddanın dişi Şri Lankadakı bir məbəddə, Məhəmməd peyğəmbərin saqqalı İstanbuldakı "Topqapı" sarayında, İsanın göbək bağı Romadakı bir bazilikada saxlanılır. Hər il milyonlarla insan da bu müqəddəs əmanətləri görmək gün yüzlərlə kilometr yol qət edir.

Bu müqəddəslərlə yanaşı, bir də dinlə əlaqəsi olmayan insanların qalıqları var ki, bu qalıqlar tarixi fiqur kimi olduqca diqqət çəkir.

Qalileyin barmağı

İtaliya 2010-cu ilin aprel ayında mədəniyyət tarixinin ən qəribə tanışlıqlarından birini yaşadı. İntibah dövrünün istedadlı astronomlarından biri Qalileo Qalileyin baş və orta barmağı Florensiya Elm Tarixi Muzeyi tərəfindən alındı və daha öncə muzeydə sərgilənən dişinin və barmağının yanına qoyuldu.

1737-ci ildə Qalileyin cəsədi bir məzardan digərinə daşınarkən barmaqları, dişi və onurğası dahinin tilsimini daşımaq istəyənlər tərəfindən oğurlanıb. Ancaq hazırda onun bu qalıqları icad etdiyi teleskopun yanında sərgilənir.

Napoleonun cinsi orqanı


Xəbərə aid fotolar