ABŞda neft hasilatı tarixi rekord həddə çatdı


Digərləri 09 Noy 2017 19:20:00 276 0

ABŞda neft hasilatı tarixi rekord həddə çatdı

ABŞ-da neft hasilatı 28 oktyabr-3 noyabr tarixlərində 67 min barel/gün və ya 0,7% artaraq 9,62 mln. barel/günə çataraq tarixi rekord səviyyəyə yüksəlib.

Son.az report.az-a istinadən bildirir ki, bu məlumat ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Administrasiyası tərəfindən yayılıb. Xatırladaq ki, bundan əvvəlki rekord səviyyə 2015-ci ildə qeydə alınıb və 9,61 mln.barel/gün təşkil edib.

Hesabat həftəsində ABŞ-da neft ehtiyatları da 2,24 mln. barel və ya 0,5% artaraq 457,14 mln. barelə çatıb. Analitiklər ehtiyatların 2,8 mln. barel/gün azalacağını proqnozlaşdırırdılar.