Neslihan və Kadirə 4 milyonluq təklif


Digərləri 09 Noy 2017 18:55:00 308 0

Neslihan və Kadirə 4 milyonluq təklif

Kadir Doğulu və Neslihan Atagül cütlüyünə evlənmək böyük şans gətirib.

Son.az axşam.az-a istinadən bildirir ki, bir texniki vasitələrin satışı ilə məşğul olan şirkət cütlüyə reklam təklifi edib. Bunun qarşılığında isə cütlük 4 milyon lirə (təxminən 2 milyon manat) alacaq.

Firma bunun üçün sorğu keçirib və "Ən çox hansı məşhurun sevgisinə inanırsınız" sualını ünvanlayıb. İnsanlar daha çox Neslihan və Kadirin adını çəkib. Nəticədə şirkət sima olaraq onları seçib.