Qəzaya uğrayan gəmidə cəsədi itməsin deyə görün nə edibmiş VİDEO


Dünya 09 Noy 2017 14:15:00 297 0

Qəzaya uğrayan gəmidə cəsədi itməsin deyə görün nə edibmiş  VİDEO

Bursanın Gemlik qəsəbəsində yüklədiyi 2 min 800 ton tökmə dəmir tozunu Qaradənizlə Konyanın Ereğli vilayətinə apararkən İstanbulun Şile rayonu ərazisində batan "Bilal Bal" karqo gəmisində dünyasını dəyişən gənc gəmi ustası İnegöldə dəfn edilib. 

Son.az Milliyet-ə istinadən xəbər verir ki, üzgüçülük üzrə çempion olan Mert İlkmen qapı açılmadığı üçün digər personal ilə birgə gəminin içərisindən çıxa bilməyib. 23 yaşlı Mert İlkmenin cəsədi dəniz sularında yoxa çıxmasın deyə özünü iplə yatağa bağladığı məlum olub.

Ailəsi Mertin arzusunun kapitan olmaq olduğunu deyib. İlkmen Ayten və Ali İlkmen cütlüyünün yeganə övladı olub.

Videonu izləmək üçün şəklə klikləyin: