Samsung Smart View bir toxunuşla bütün cihazlarınızı idarə edin


Digərləri 09 Noy 2017 13:00:00 323 0

Samsung Smart View  bir toxunuşla bütün cihazlarınızı idarə edin

Alimlər qeyd edir ki, həyatımızın otuz gününü televizor pultunun axtarışına sərf edirik. Çox güman ki, hər kəsin ağlına belə bir fikir gəlib: "Kaş ki, itirdiyimiz pultu zəng edərək tapa biləydik!" Samsung Smart View əlavəsi ilə siz tam mənası ilə bunu etməyə qadirsiniz. Bu proqram sayəsində siz asanlıqla mobil cihazınız və kompyuterinizdə olan məlumatlara Samsung Smart TV televizorunda baxa bilər, televizorunuzu smartfon vasitəsi ilə idarə edə bilərsiniz. Smart View əlavəsini yükləyərək siz asanlıqla kanallar arasında seçim edə və uzaqdan idarə etmə pultu ilə yerinə yetirməyə adət etdiyiniz əməliyyatları həyata keçirə bilərsiniz.

Lakin əlavə bununla kifayətlənməyərək, mobil cihazı televizora qoşmaqla videoçarxlar, təsvirlər və ya musiqi parçalarını seçərək burada canlandırmaq imkanı yaradır. Smart View əlavəsinin interfeysi uzaqdan idarə etmə pultunu xatırladır, onunla Smart TV-niziidarə etmək çox rahat və asandır. Həmçinin, bu proqram vasitəsi ilə siz internet çıxışından istifadə edə bilərsininiz ki, bunun üçün smartfonunuzda yerləşən xüsusi klaviatura vasitəsi ilə brauzer sətrinə elektron ünvanı qeyd etmək yetərlidir. Oyun dünyasına rahat qoşulmanız üçün isə Samsung Smart Viewəlavəsində aparıcı markaların istehsal etdiyi "gamepad"-dan heçdə geri qalmayan virtual oyun pultu nəzərdə tutulub. Adətən televizora həm kompyuteri, həm də smartfonu qoşmaq üçün ayrı ayrılıqda bir neçə əlavə axtarmaq məcburiyyətində qalırdıq. Müxtəlif platformalar üzərində işləyən və müxtəlif sistem tələbləri olan bu proqramların istifadəsi çox çətin olurdu, bəzi hallarda isə nə qədər çalışmağımızdan asılı olmayaraq cihazlar arasında qoşulma yaratmaq mümkün olmurdu. Samsung Smart View əlavəsinin əsas müsbət cəhətlərindən biri də odur ki, istehsalçı öncədən hər bir sistem istifadəçisi haqda düşünərək əlavənin həm Android, IOS, həm də Windows platformaları üzərində işləyən versiyalarını yaradıb. Hər bir versiyanı aşağıda qeyd edilən rəsmi linkə keçid alaraq yükləmək olar:

Andriod: https://goo.gl/pJykvC IOS: https://goo.gl/2cWdnw Windows: https://goo.gl/dO7PFW

Beləliklə, bu proqramı həm smarfonlarda, həm də kompyuterlərdə istifadə etmək olar. Smart View əlavəsinin köməyi ilə siz, nəinki, ayrıca faylları, hətta bütöv bir qovluğu televizorunuza rahatlıqla köçürərək, burada onları bir toxunuşla canlandıra bilərsiniz. Əlavənin istifadəsi çox asandır. Bunun üçün Siz ardıcıl olaraq 3 sadə addımı yerinə yetirməlisiniz: