ABŞ Şimali Koreyaya qarşı sanksiyaları uğurlu sayır


Dünya 09 Noy 2017 08:00:00 206 0

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları uğurlu sayır

ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları kəşfiyyat hesabına uğurludur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu terrorizmlə mübarizə üzrə maliyyə və maliyyə kəşfiyyatı nazir müavini Siqal Mandelker bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda kəşfiyyat 2013-2016-cı illərdə Şimali Koreyadan 500 milyon dollarlıq kömür idxal edən 3 Çin şirkətini üzə çıxarmağa kömək edib və onlara qarşı sanksiyalar tətbiq edilib. Bundan əlavə, ABŞ Çinin "Dangong" bankına qarşıda sanksiyalar tətbiq edib.