BMT: Yəmənin mühasirəsi milyonlarla insanın ölümünə səbəb olacaq


Dünya 09 Noy 2017 04:36:44 279 0

BMT: Yəmənin mühasirəsi milyonlarla insanın ölümünə səbəb olacaq

BMT rəsmisi Mark Loukok xəbərdarlıq edib

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok bildirib ki, Yəmənin mühasirəsi aclığa, bu isə öz növbəsində milyonlarla insanın ölümünə gətirib çıxaracaq.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"BMT-nin humanitar məsələlər üzrə rəhbəri xəbərdarlıq edir ki, Yəmənin mühasirəsi aradan qaldırılmasa, ölkə aclıq ilə qarşılaşacaq ki, bu da milyonlarla insan arasında itkilərə gətirib çıxaracaq", - deyə agentlik yazır.