Azərbaycan nefti yenə də bahalaşıb


Digərləri 08 Noy 2017 23:04:00 246 0

Azərbaycan nefti yenə də bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 66,23 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,03 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 65,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 7-də 62,05 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.