Terrorçulara qarşı nəhəng gül dibçəkləri


Digərləri 08 Noy 2017 21:42:00 251 0

Terrorçulara qarşı nəhəng gül dibçəkləri

İnsanları mümkün terror hücumlarından qorumaq üçün Norveçin paytaxtı Oslo şəhərinin Karl Johans küçəsində 20 ədəd nəhəng gül dibçəyi qoyulub. Yaxın zamanlarda süni sədlərin quraşdırılması işləri davam edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər birinin çəkisi 800 kiloqram olan və 3 ədədlik qruplar şəklində qoyulan dibçəklər nəqliyyat vasitəsi ilə həyata keçirilən terror risklərini azaldacaq. Buna bənzər sədlər əvvəllər nəqliyyat vasitələri ilə terror aktlarının törədildiyi Stokholm, Nitsa, London və Nyu-York küçələrində də quraşdırılıb.