"Zəfər günlərimin şahidi Bayraq" adlı tədbir keçirildi FOTO


Digərləri 08 Noy 2017 20:00:00 260 0

"Zəfər günlərimin şahidi  Bayraq" adlı tədbir keçirildi  FOTO

Noyabrın 08-də M. Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasi Binəqədi Rayon Təşkilatı və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı günü münasibəti ilə "Zəfər günlərimin şahidi - Bayraq" adlı tədbir keçirilib.

Son.az bildirir ki, öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bayrağımızın yaranma tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev bayram münasibəti ilə hər kəsi təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi ilə bağlı imzalanmış Sərəncamı haqqında geniş məlumat verib və 9 noyabr tarixinin ölkəmizdə hər il təntənəli sürətdə qeyd edildiyini xüsusi vurğulayıb. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bayrağın dövlət əhəmiyyəti, onun mahiyyəti, bayrağımızın beynəlxalq arenada siyasi iradəmizin təmsilində önəmi haqqında məlumat verib.


Xəbərə aid fotolar