"Ehtirasım məni bu peşəyə cəlb etdi" Şeyla FOTOLAR


Şou-biznes 08 Noy 2017 17:50:00 420 0

"Ehtirasım məni bu peşəyə cəlb etdi"  Şeyla  FOTOLAR

"Sev" mahnısı ilə insanların könlünə yol tapmağı bacaran, ancaq buna baxmayaraq uzun müddətdir sənətdən uzaq düşən müğənni Şeyla ARB TV-yə ekskluziv olaraq müsahibə verib. Son.az bildirir ki, sənətdən gedişindən söhbətə başlayan Şeyla öz istədiklərini ortaya qoya bilmədməkdən şikayətlənib. - Sizi sənətdən küsdürən səbəb nə idi, nə üçün uzaqlaşdınız?   "Sənətdən getməyimin səbəbləri çox idi və zamanla onların hamısı musiqiyə olan marağımı get-gedə azaltdı. Bəlkə də ən başlıca səbəb - Azərbaycan musiqisinə bir qədər gec gəlməyim oldu. Mən 90-cı illər musiqinin pərəstişkarı idim. O zamanlar 'Karvan', 'Yuxu', 'Rast' kimi adlar parlamağa başlayırdı. Həmin ərəfələrdə, həmçinin, Brilliant Dadaşova, Faiq Ağayev və Aygün Kazımova yaradıcılığın çiçəklənmə dövrü idi. Mənim fikrimcə, məhz o dövrdə onlar daha parlaq və özünəməxsus ifa tərzi ilə seçilirdi. Düzdür, ağır müharibə illəri olsa da, Vətən azadlıq uğrunda savaşaraq yeni başlanğıclar və parlaq gələcəyə doğru ümidlər yaşayırdı. Təbii ki, bu musiqi aləminə də öz təsirini göstərirdi. Eyni zamanda böyük pərəstişkarı olmadığım türk estradası yavaş-yavaş Azərbaycan musiqisinə təsirlərini etməyə başlayırdı. 2000-ci illərdə artıq hər sonrakı mahnı öncəkinə bənzəməyə başladı. Həmin illərdə mən bizim estradaya qulaq asmağı birdəfəlik dayandırdım . Bundan əlavə qeyd edim ki, mən şou-biznesə zarafat etmiş kimi gəldim. Gəlişim plansız idi yəni. Ailəm musiqi marağıma hobbi kimi yanaşırdı. Düşünürəm ki, dinləyicilərim təəccüblənəcəklər biləndə ki, mahnı oxuduğum zaman, ondan öncə və sonra ticarət və biznes sferasının müxtəlif mövqelərində çalışmışam. Təhsilim maliyyəçidir. Müvafiq olaraq, toylardan, restoranlardan və tədbirlərdən əldə olunan qazanc forması məni maraqlanmırdı. İştirakçısı olduğum çox nadir çıxışlarım ya xeyriyyə məqsədi daşıyırdı, ya da işlədiyim kompaniya üçün xeyirxah jest idi. Və, ən nəhayət, hər dəfə sevgi haqqında oxumağı heç bir zamam təsəvvür edə bilmirdim. Mən həmişə elə düşünürdüm ki, müğənni - 'xalqın səsidir' və həmçinin bir şair kimi sosial yük daşıyıcısıdır. Mən Sting, Pink və kumirim olan Maykl Cekson kimi mühüm sosial hadisələrdən ifa etmək istərdim, lakin dinləyicilər hər zaman 'sevgi' haqqında tələb edirdi" - Nə üçün bir kliplə kifayətləndiz? Davamı olmadı? "Sev" brendimi təbliğ etmək üçün "single" şəkilində yaranmışdır. Mahnı "Sənsiz" adlı albomun ərəfəsində cixmışdır. Sonralar, mən "Gözlərəm" adlı mahnı üçün ikinci klipimi çəkdim. Sadəcə "Gözlərəm" lazımlı efir vaxta nail olmadı. İndi "Gözlərəm" klipini dinləyicilər, "Facebook" səhifəmdə və "YouTube" kanalımda görə bilərlər: "Gözlərəm". - Azərbaycandan gətməyinizə səbəb nə idi? "ABŞ-da məndən qabaq köçən ailəmlə yenidən birləşmək məgsədi ilə köçdüm. Bir çoxları bunu necə bacardığımı soruşurlar. Beləliklə, ailəm "Green kart" lotereyanın qalibi ola

Son.az 


Xəbərə aid fotolar