Ruhani: Səudiyyə Ərəbistanı strateji səhvə yol verir


Digərləri 08 Noy 2017 16:20:41 237 0

Ruhani: Səudiyyə Ərəbistanı strateji səhvə yol verir

ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir

Bakı. ABŞ və İsraili dost, İranı düşmən hesab etməklə Səudiyyə Ərəbistanı strateji səhvə yol verir. Trend-in məlumatına görə, bunu İran hökumətinin iclasında ölkə prezidenti Həsən Ruhani deyib. H.Ruhani həmçinin Ər-Riyadın nəyə görə qonşu Yəmənə düşmən münasibət bəslədiyini də anlamadığını deyib: “Yəmən xalqı ölkənin bu qədər bombardmana məruz qalmasına necə reaksiya göstərə bilər? Siz yəmənlilərə dərman, qida və BMT-dən yardım göndərməyə icazə vermirsiniz. Bu, düzgün, şüurlu və İslama uyğun addımdırmı?”