Vidadi Zeynalov azadlığa çıxa bilər


Digərləri 08 Noy 2017 15:24:00 264 0

Vidadi Zeynalov azadlığa çıxa bilər

"Vidadi Zeynalovun cəzası 13 ildən 4 ilə endirilibsə və 2015-ci ildə həbs edildiyi nəzərə alınaraq, o, şərti azadlığa çıxa bilər.

Son.az xəbər verir ki, bu sözləri axar.az-a hüquqşünas Aqil Layıcov "Rabitə işi" üzrə qərarda təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalovun əmlakının üzərinə qoyulan həbsin götürülməsi, cəzasının 13 ildən 4 ilə endirilməsindən sonra azadlığa çıxma ehtimalı barədə danışarkən deyib.

Hüquqşünasın sözlərinə görə, əslində V.Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il müddətinə azadlıqda məhrum edilmişdisə, o, hökmün dörddə bir hissəsini yatmalı idi:

"Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və cəzası 4 ilə endirilibsə, 2015-ci ildə həbs edildiyini nəzərə alaraq, ümumi hesabla cəzasının 2 ilini yatıb. Cəzaçəkmə müaəssisəsinin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etməklə vaxtından əvvəl şərti olaraq azadlığa çıxa bilər. Böyük ehtimalla Vidadi Zeynalov yaxın günlərdə azad ediləcək".