Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edir


Digərləri 08 Noy 2017 14:49:33 259 0

Azərbaycan Türkiyədə hərbi dəniz təlimlərində müşahidəçi qismində iştirak edir

Azərbaycan Türkiyədə, Aralıq dənizində keçirilən “Doğu Akdeniz - 2017” hərbi təlimlərində müşahidəçi qismində iştirak edir.

Bakı. Azərbaycan Türkiyədə, Aralıq dənizində keçirilən “Doğu Akdeniz - 2017” hərbi təlimlərində müşahidəçi qismində iştirak edir. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir. Hərbi təlimlərdə ABŞ, Bolqarıstan, Böyük Britaniya və Rumıniyanın Hərbi Dəniz Qüvvələri iştirak edir. Azərbaycanla yanaşı, Bəhreyn, Əlcəzair, Qətər və Pakistan da təlimlərə müşahidəçi qismində qatılıblar. Noyabrın 6-da başlayan təlimlər ayın 16-dək davam edəcək.