Yük maşını 11 yaşlı velosipedçini vurub


Digərləri 07 Noy 2017 23:33:00 294 0

Yük maşını 11 yaşlı velosipedçini vurub

Salyanda 11 yaşlı uşağı yük maşını vurub.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Xalac kəndində qeydə alınıb.

Kənd sakini, 11 yaşlı İlkin Zamiq oğlu Həsənov velosipedlə hərəkətdə olarkən yol tikintisində işləyən sürücü idarə etdiyi yük maşınını geriyə verən zaman onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.