İşıqforu qırmızı işıqda keçən qadın sürücü qəzaya səbəb olub


Digərləri 07 Noy 2017 23:39:00 271 0

İşıqforu qırmızı işıqda keçən qadın sürücü qəzaya səbəb olub

Axşam saatlarında Gəncə şəhərində qadın sürücü yol qəzasına səbəb olub.

Son.az report.az-a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospekti ilə hərəkətdə olan "Hyundai Coupe" markalı avtomobil işıqforun qaydalarını pozaraq sol tərəfdən gələn avtomobilin yoluna çıxıb və nəticədə qəza baş verib.

İlkin məlumatlara görə, sürücüsü qadın olan "Hyundai Coupe" markalı idman maşınına və digər avtomobilə ciddi ziyan dəyib. Qəza nəticəsində ciddi xəsarət alan olmayıb.