Türkiyənin dünyanı ağladan filmi daha bir REKORDA İMZA ATDI FOTO


Digərləri 07 Noy 2017 23:27:00 353 0

Türkiyənin dünyanı ağladan filmi daha bir REKORDA İMZA ATDI  FOTO

Türkiyə istehsalı olan "Ayla" filmi dünyada maraqla qarşılanır.

Son.az xəbər verir ki, "Oskar"a namizəd göstərilən ekran işi 10 gündə 1 milyon tamaşaçı sayını keçərək izlənmə rekordu qırıb. Həmçinin, iki həftə ard-arda kassada bilet satışına görə lider olub. Türkiyə film tarixində isə son 16 ilin ən çox baxılan ekran işi seçilib.

Real hadisələr əsasında çəkilən film 1950-ci illərdə ailəsi öldürülmüş koreyalı balaca qızı ölümdən xilas edib 15 ay ərzində ona öz uşağı kimi baxan, müharibə bitdikdən sonra Türkiyəyə dönəndə Ayla adı qoyduğu bu qızdan bir daha xəbər almayan Astsubay Süleyman Dilbirliğinin həyatından bəhs edir.

Məlumat üçün onu da bildirək ki, Beynəlxalq Asiya Film Festivalının açılışında Türkiyə istehsalı olan film zalda hər kəsi ağladıb. Sözügedən festivalda 50-yə yaxın prodüser, rejissor və Amerika Akademiyasının üzvləri iştirak edib. Bir çox kino tənqidçilərinin fikrincə, "Ayla" filmi builki "Oskar" mükafatına ən real namizəddir.


Xəbərə aid fotolar