Azərbaycan neftinin qiyməti 66 dolları ötüb


Digərləri 07 Noy 2017 23:21:29 254 0

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib.

Bakı. Ənvər Məmmədov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 66,2 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 2,58 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 65,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,65 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 61,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,61 dollar/barel çoxdur. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-da 64,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,75 dollar/barel çoxdur.