Qrip zamanı inhalyasiyalar


Digərləri 07 Noy 2017 23:05:00 284 0

Qrip zamanı inhalyasiyalar

Yuxarı tənəffüs yollarının infeksion-iltihabı xəstəliklərinin - zökəm, laringit, traxeit, faringit, tonzillit, bronxit və pnevmoniyaların müalicəsində inhalyasiyalar çox yaxşı səmərə verir. Həmin prosedur zamanı bitki dəmləmələri, çay və efir yağları bilavasitə selikli qişaya təsir edir və həmin maddələr qana sorularaq xəstəliyin sağalmasına səbəb olur.

Son.az bildirir ki, inhalyasiya barədə AZƏRTAC-a məlumat verən Binəqədi rayonundakı 20 nömrəli uşaq poliklinikasının pediatrı Hafizə Məmmədova deyib: "Prosedur inhalyator cihazın vasitəsi ilə aparılır. Bir çox hallarda ev şəraitində inhalyasiyalar üçün enli qaba müalicəvi bitki dəmləməsi və ya efir yağı əlavə olunmuş isti su tökülür və xəstə həmin qabın üzərindən nəfəs alır. İnhalyasiyalar üçün adaçayı, evkalipt, aptek çobanyastığı, dazıotu, lavanda, nanə, şam, küknar ağacının iynəyarpaqları, qarağat və moruq yarpaqları kimi müalicəvi bitkilərdən istifadə olunur. Bir neçə bitkinin qarışığından istifadə etmək daha səmərəlidir. 2 xörək qaşığı bitki üzərinə yarım litr qaynar su tökülərək 45 dərəcə C-yə kimi soyudulur.

İnhalyasiya üçün olan suya xırda doğranmış soğan və sarımsaq qarışığı, bal, bir neçə damcı şam ağacı və ya evkalipt yağı əlavə etmək olar".