Qan qruplarının CİNSİ həyata TƏSİRİ ARAŞDIRMA


Digərləri 07 Noy 2017 22:14:00 328 0

Qan qruplarının CİNSİ həyata TƏSİRİ  ARAŞDIRMA

Qan qruplarının cinsi həyatınıza təsir etdiyini bilirdiniz?

Son.az xəbər verir ki, xüsusilə də bu, kişilərdə daha çox özünü göstərir. Bildiyimiz kimi, qan ereksiyanın əsas hissəsidir. Bu mövzuda heç kimin bir etirazı yoxdur. Qan qrupunun ereksiya üzərində müsbət, ya da mənfi təsiri ola bilərmi? Bugünki yazımızda buna cavab tapacaqsınız.

Türkiyədə həyata keçirilən bir araşdırmaya görə, qan qrupunun belə bir təsiri ola bilər. Qan qrupu 1-ci qrup olan kişilərin ereksiya probleminin olma ehtimalları 2, 3 və ya 4-cü qrupa nisbətən daha azdır. Hətta, 1-ci qan qrupu ilə müqayisədə, 2, ya da 3-cü qrup qana sahib kişilərin ereksiya problemləri 4 qat daha çox olur. 4-cü qan qrupu üçün isə bu riskin 5 qat qədər daha çox olduğu bildirilir.

Qruplar arasındakı əlaqə heç də şişirdilmiş deyil. Çünki daha əvvəl reallaşdırılan işlərdə, xüsusilə 4-cü qrup olmaq üzrə bəzi qan qruplarının, ürək xəstəlikləri, qan laxtalanması, ya da yüksək xolesterol kimi bəzi sağlamlıq problemləri ilə əlaqəli olduğu bildirilirdi.