Dəməşqdə terrorçuların hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb


Dünya 07 Noy 2017 21:45:00 285 0

Dəməşqdə terrorçuların hücumu nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb

Suriyanın paytaxtı Dəməşqdə terrorçuların hücumu nəticəsində 1 nəfər ölüb, daha 16 nəfər isə yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, terrorçular paytaxta yaxın (Şərqi Quta) yerləşən 29 May küçəsi, Şaqur məhəlləsi və Əl-Abbasin rayonuna bir neçə mərmi atıblar.