İşıq və suyun tarifləri qalxacaq? - Nazirdən cavab


Digərləri 07 Noy 2017 14:08:00 181 0

İşıq və suyun tarifləri qalxacaq? - Nazirdən cavab

Azərbaycan hökuməti “Azərişıq” və “Azərsu” şirkətlərinin maliyyə vəziyyətlərinin yaxşılaşdırılmaıs məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq

Bakı. Azad Həsənli - Azərbaycan hökuməti “Azərişıq” və “Azərsu” şirkətlərinin maliyyə vəziyyətlərinin yaxşılaşdırılmaıs məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq. Trend-in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb ola və onların maliyyə vəziyyətini pisləşdirə bilər. Məhz ona görə hökumət gələn il “Azərişıq” və “Azərsu” üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq. Nazır bildirib: “Biz güzəştə getməliyik”.