Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib? "Maşın şou" ilə bağlı şok iddia


Şou-biznes 07 Noy 2017 12:04:00 304 0

Murad Dadaşov Elşad Xoseni "vurmaq" üçün kimə sifariş verib?  "Maşın şou" ilə bağlı şok iddia

Tanınmış jurnalist Ülviyyə Alovlu "Maşın şou"nun aparıcısı Murad Dadaşov, eləcə də şounun iştirakçısı Vüsalə Kərimova ilə bağlı şok ittihamlar səsləndirib.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Ü. Alovlu İlkin Misgərli ilə oyundan imtina etməsinin əsl səbəbini və pərdəarxası yaşanan fırıldaqları etiraf edib.

"Niyə oynamalı idim ki? O bilirdi ki, mən onun müdiri İlkin Həsəniyə söz vermişdim ki, Misgərliyə dəyməyəcəyəm. Biz Həsəni ilə illərdir duz-çörək kəsirik. Mən İlkinlə dostluq edəndə Misgərli restoranlarda klounluq edirdi. 2-3 ildir ki, bu çevrəyə girən adama görə köhnə dostluğu poza bilməzdim. O, bunu bilə-bilə namərdlik etdisə, o demək deyil ki, mən də namərd oyun oynamalı idim. Amma o unutdu ki, həyat bununla bitmir və mənə yaxşı dərs verdi. Dərslərdən biri də o oldu ki, bundan sonra mən belə insanlarla dostluq edə bilmərəm. Açıq bəyan edirəm, artıq "Bozbaş"çıları dost kateqoriyasından kolleqa kateqoriyasına yerləşdirmişəm. Çünki etibardan sui-istifadə edənlər mənə dost ola bilməz.

"Amma bu dueldən imtina etməyini başqa yerə yozanlar da oldu. Sms yarışında ona uduzacağını bilib, oynamadın - dedilər", sualına isə Ü.Alovlunun cavabı belə olub: