“Şimal-Cənub” dəhlizinin qərb istiqamətinin inkişafı üzrə növbəti iclas Hindistanda keçirilə bilər


Digərləri 07 Noy 2017 11:44:00 270 0

“Şimal-Cənub” dəhlizinin qərb istiqamətinin inkişafı üzrə növbəti iclas Hindistanda keçirilə bilər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun növbəti iclası Hindistanda keçirilə bilər.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafı üzrə işçi qrupunun növbəti iclası Hindistanda keçirilə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov deyib. Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan, Rusiya, İran və Belarus dəmir yol nümayəndələrinin qeyri-rəsmi görüşündə növbəti iclasların bu ölkələrin xaricində keçirilməsi təklif olunub: “Söhbət yalnız Hindistandan yox, həm də Şimali Avropa, Skandinaviya ölkələrindən gedir. Əgər eskpertlərimiz bu ideyanı dəstəkləsə, biz bunu protokolda möhkəmləndirəcəyik”.