Göyçayda 17 yaşlı piyadanı maşın vurdu


Digərləri 07 Noy 2017 10:50:24 191 0

Göyçayda 17 yaşlı piyadanı maşın vurdu

Göyçay rayonunda yol qəzası baş verib

Bakı. Samir Əli - Göyçay rayonunda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisində baş verib. Göyçay şəhəri, Axundov küçəsi 12 saylı evdə yaşayan, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlu yolu keçərkən naməlum avtomobillə vurulub. Yaralı bədənin müxtəlif yerlərinin sınığı ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırmalar aparılır.