ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı sorğu-sual ediləcək


Dünya 07 Noy 2017 10:15:41 246 0

ABŞ-ın baş prokuroru Konqresdə "Rusiya işi" ilə bağlı sorğu-sual ediləcək

Ceff Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir

ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns “Rusiya işi” ilə bağlı noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvləri qarşısında çıxış edəcək. 

“Report” xəbər verir ki, bunu “Reuters”ə ABŞ-ın Ədliyyə Nazirliyi və Konqresdən bildiriblər.

Hazırda müxalifətdə olan Demokratlar Partiyasını təmsil edən konqresmenlər C.Seşnsi ABŞ prezidenti Donald Trampın seçki qərargahında işləyən şəxslərin Rusiya təmsilçiləri ilə əlaqələrinə dair sorğu-suala çəkmək üçün imkan əldə edəcəklər.

Bundan başqa C.Seşns noyabrın 14-də Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsinin qapalı iclasında da məsələ ilə bağlı çıxış etməlidir.