MTRŞ sədri verilişlərin keyfiyyətinin aşağı olmasının


Digərləri 07 Noy 2017 10:17:07 263 0

MTRŞ sədri verilişlərin keyfiyyətinin aşağı olmasının

İnsanlar bəzən özəl telekanallardakı bayağı verilişlərdən çox narahat olurlar. Biz də bunu görüb hiss edirik. Lakin bəzən mövcud reallığı da nəzərə almalıyıq.

Son.az report-a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli AzTV-yə müsahibəsində deyib.

O deyib ki, bəzən özəl telekanalların etdiklərinə görə Şuranı çox qınayırlar: "Təbii ki, qınamağa haqları var. Bu gün özəl telekanalların maddi-texniki bazası kifayət qədər deyil. Baxmayaraq ki, bu sahədə ciddi addımlar atılır. Lakin reytinq asılılığı həmin kanallarda verilişlərin keyfiyyətinin hələ də aşağı olmasına gətirib çıxarır. Bunu da acı təəssüf hissi ilə qeyd edirəm".