Azərbaycanda notariusların işi asanlaşır


Digərləri 07 Noy 2017 08:39:00 225 0

Azərbaycanda notariusların işi asanlaşır

Azərbaycanda notariuslara lazım olan məlumatları elektron sorğu vasitəsilə əldə etmək hüququ verilir.

Son.az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Notariat haqqında" qanuna dəyişikliklər edilir.

Bu dəyişikliklərlə notariuslar notariat hərəkətlərin aparılması və bununla əlaqədar elektron xidmətlərin göstərilməsi üçün lazım olan məlumat və sənədləri elektron sorğular göndərərək elektron informasiya sistemləri vasitəsilə ilə real vaxt rejimində əldə etmək hüququ qazanırlar.

Layihədə elektron informasiya sistemləri vasitəsilə əldə edilmiş məlumat və sənədlərin mötəbərliyinin təsdiqi məqsədi ilə həmin məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiq edilməsi tələbi nəzərdə tutulub.