ABŞ səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi


Dünya 06 Noy 2017 19:15:00 277 0

ABŞ səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini bərpa etdi

ABŞ-ın Türkiyədəki səfirliyi Türkiyə vətəndaşlarına viza verilməsini bərpa edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi bildirib.

Vizaların Türkiyə vətəndaşlarına məhdud şəkildə verildiyi bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Türkiyədəki baş konsulluğun əməkdaşının saxlanması səbəbi ilə bu ölkə vətəndaşlarına viza verilməsini dayandırmışdı.