Nazirlik: "Azərbaycanda sahibkarlıq yoxlamalarına moratoriumun uzadılması biznes mühitini daha da yaxşılaşdıracaq"


Digərləri 06 Noy 2017 17:42:00 287 0

Nazirlik: "Azərbaycanda sahibkarlıq yoxlamalarına moratoriumun uzadılması biznes mühitini daha da yaxşılaşdıracaq"

"Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılması ölkədə biznes mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin rəisi Elçin İbrahimov deyib.

Onun sözlərinə görə, bu addım sahibkarlıq subyektlərini müvafiq dövlət strukturlarının plan yoxlamalarından daha 3,5 il müddətinə azad edəcək ki, bu da onlara biznesin aparılması üçün əlavə imkanlar yaradacaq.