İstədi vermədilər


Dünya 06 Noy 2017 17:10:00 235 0

İstədi vermədilər

Türkiyənin Qaziantep rayonunda 24 yaşlı gənc qaçırdığı sevgilisinin qardaşı tərəfindən tapançayla öldürülüb. 

Son.az Haberler-ə istinadən xəbər verir ki, sevgilisini ailəsindən istəyən, ancaq narazıçılıqla qarşılaşan gənc çıxış yolunu qaçırmaqda görüb. Ali Pire 19 yaşlı Sevda K.-ni qaçırıb. Bu səhər telefonla Sevda K.-yla əlaqə saxlayan ailəsi barışmaq istədiklərini bildirərək cütlüyü görüşmək üçün çağırıb.

Ali Pire və Sevda K. qaldıqları ünvanı verdikdən sonra hər iki ailə cütlüyün olduğu yerə gəlib. Evdə bir müddət söhbət edən ailələr sonra çölə çıxıblar.

Binanın önündə gözləyən Sevda K.-nin qardaşı Nuri K. tapançayla Ali Pireyə atəş açıb. Qardaşının silahından açılan atəş nəticəsində güllələrdən biri Sevda K.-nin yaralanmağına səbəb olub.

Ağır yaralı olaraq Qaziantep Universiteti Təhsil və Araşdırma Xəstəxanasına çatdırılan Ali Pirenin həyatını, həkimlərin müdaxilələrinə rəğmən xilas etmək mümkün olmayıb.

Polis olaydan dərhal sonra Nuri K. ilə adı açıqlanmayan bir qohumunu da saxlayıb.