"Oğlum incəmincə danışsa, onun başını kəsərəm" Manaf Ağayev VİDEO FOTO


Şou-biznes 06 Noy 2017 15:12:00 511 0

"Oğlum incəmincə danışsa, onun başını kəsərəm"  Manaf Ağayev  VİDEO  FOTO

"Oxuya bilməyənlər meydan oxuyur. İndi məni məcbur edirsən bunları deyirəm. Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü dartdırıb. Deyirəm ki, o onun öz həyatıdır. O, rahatdır. Mən geyinə bilmərəm. Çünki o mənə aid deyil, o rahatdırsa, onun həyatıdır. Mən rayonun ucqar kəndində böyümüşəm, kənd uşağıyam. Bunlar mənə yaddır. Avropada yaşasaydım, bəlkə də mən də elə olardım". Son.az bildirir ki, bu sözləri ARB TV-nin "Məşhurla bir gün" proqramına qonaq olarkən müğənni Manaf Ağayev deyib. Daha sonra oğlundan söz açan sənətçi, onun geyimindən danışıb: "Oğlum mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır, ətrafı belədir. Amma ləzzət onda alıram ki, bədənində kişi qanı axır, kişi kimi danışır. Amma incə-mincə danışsa ,cinsini də, başını da kəsərəm. Sadəcə moddur. Xarakter isə Manafdır".

Son.az 


Xəbərə aid fotolar