Azər Türk Bank Gənc Biznesmenlərə dəstək olacaq


Digərləri 06 Noy 2017 14:40:00 309 0

Azər Türk Bank Gənc Biznesmenlərə dəstək olacaq

Bu günlərdə "ABŞ Təhsilli Azərbaycan Məzunları" İctimai Birliyinin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsi (Azerbaijan Business Case Competition) Bakıda start götürəcək.

Ali təhsil ocaqlarını təmsil edən tələbə komandalarının iştirakı ilə keçirilən bu  müsabiqədə gənclər maliyyə, marketinq, mühasibat, texnologiya və idarəetmə kimi sahələrdə qazandıqları biliklərin tətbiqi yolu ilə, təqdim edilən real biznes problemlərinin optimal həll yollarını göstərəcək, nəticələr isə mötəbər münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər müəyyən olunacaq.