Tərtərçay üzərindəki körpü bərpa olunur FOTO


Digərləri 06 Noy 2017 13:44:00 289 0

Tərtərçay üzərindəki körpü bərpa olunur  FOTO

Respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın avtomobil yolunun 29-cu km-də, Tərtərçay üzərində yerləşən və qəzalı vəziyyətdə olan körpüdə bərpa işlərinə başlanılıb.

Bu barədə Son.az-a "Azəravtoyol" ASC-dən məlumat verilib.

"Azəravtoyol" ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altnda texnoloji ardıcıllığa riayət edilməklə aparılan bərpa işləri zamanı körpünün dayaqlarında əlavə bərkitmə işləri görülür. Bunun üçün körpünün altında, çay məcrasında 8 metr uzunluğunda və 2 metr enində monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulmaqla yeni dayaqlar inşa olunur və körpünün altından aşırım tirlərinə bərkidilir. Aparılan bərkitmə işləri körpünün yükgötürmə qabiliyyətini xeyli artıracaq və tez bir zamanda sıradan çıxmasının qarşısını alacaq.

Bərkitmə işləri yekunlaşandan sonra körpünün üstü yenidən asfaltlanaraq yol ötürücüsü yaxın günlərdə və yeni görkəmdə sürücülərin istifadəsinə veriləcək.


Xəbərə aid fotolar