Gecələr canavara çevrilib heyvanların qanını içən adamın ACI TALEYİ FOTO


Digərləri 06 Noy 2017 07:55:00 336 0

Gecələr canavara çevrilib heyvanların qanını içən adamın ACI TALEYİ  FOTO

Sergey Pankeyev adlı Odessalı gəncin acı taleyi demək olar ki, bütün tibb dünyasına məlumdur. O, Ziqmund Freydin ən çox sevdiyi xəstəsi idi.

Son.az xəbər verir ki, Freyd fəaliyyətinin müəyyən dövrünü onun müalicəsinə həsr edib. Hətta "canavar adam" təxəllüsü ilə haqqında anonim kitab yazıb. Məhz bu təxəllüsə görə Pankeyevin adı ətrafında müxtəlif şaiyələr, əfsanələr dolaşmağa başlayıb.

Sergey Odessanın varlı ailəsində doğulur. 4 yaşından etibarən balaca Sergeyi gecələr bir kabus müşayiət etməyə başlayır. Hər gecə yuxuda görür ki, 7 canavar pəncərədə oturub, onu seyr edirlər. Beləcə canavarlara qarşı fobiyası formalaşır. Sergey böyüdükcə bu qorxu, vahimə daha çox vüsət alır. Günlərin bir günü isə bacısı Piteqorsk şəhərində, Lermontovun duelə çağırıldığı yerdə intihar edir. Bu hadisənin ardınca atası da özünə qəsd edir. Sergeyin psixikası kökündən pozulur. Onlarla psixoterapevtə müraciət edir. Lakin dərdinə əlac edən tapılmır. Sonda təngə gəlib, Vyanaya, Freydin qəbuluna yola düşür. Freyd xəstəliyini araşdırmağa uzun illərini sərf etdiyi bu xəstəsinin anonimliyini qorumaq məqsədilə onu "canavar adam" deyə çağırmağa başlayır.

Öncə Pankeyevə manyaklaşma-depressivləşmə sindromu diaqnozu qoyulur. Lakin Freyd bu qərarla razılaşmır və Sergeyin xəstəliyini nevroz adlandırır. Freyd Sergeyin lap kiçik yaşlarında valideynlərini cinsi əlaqə zamanı gördüyünü səbəb gətirir. Sergey isə etiraz edərək - mənim zümrəmdən olan uşaqlar dayə ilə bir otaqda yatırdılar, valideynləri ilə deyil - deyir. Freyd isə öz fikrində qalmağa davam edirdi. Hətta dəyərli araşdırma obyekti olan xəstəsinin problemini uşaq nevrozundan bəhs olunan kitabına daxil edir.


Xəbərə aid fotolar