İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb


Dünya 06 Noy 2017 00:17:16 351 0

İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər ölüb

Daha 17 nəfər yaralanıb

İranda sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər həyatını itirib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, hadisə paytaxt Tehrandan Mazandaran şəhərinə gedərkən Dugul Tuneli yaxınlığında baş verib.

Ümumilikdə 30 sərnişinin olduğu avtobusda daha 17 nəfər yaralanıb.