Texasın baptist kilsəsində naməlum şəxs atəş açıb, 27 nəfər ölüb - VİDEO - YENİLƏNİB


Dünya 05 Noy 2017 23:54:00 372 0

Texasın baptist kilsəsində naməlum şəxs atəş açıb, 27 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Atəş açan şəxs öldürülüb

ABŞ-ın Texas ştatının San-Antonio şəhəri yaxınlığında yerləşən baptist kilsəsində naməlum şəxs atəş açıb.

"Report" "Kens 5"ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, insident nəticəsində 27 nəfər ölüb. Onların arasında çoxlu sayda uşaqların olduğu bildirilir.

Polisin məlumatına görə, atəş açan şəxs zərərsizləşdirilib.