İran ABŞın ittihamını rədd edib


Dünya 05 Noy 2017 20:33:00 223 0

İran ABŞın ittihamını rədd edib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri Məhəmməd Əli Cəfəri Amerika prezidenti Donald Trampın Yəməndən Səudiyyə Ərəbistanına raketin atılmasında Tehranı ittiham etməsi ilə bağlı bəyanatını təkzib edib.

Son.az report.az-a istinadən bildirir ki, Məhəmməd Əli Cəfərinin sözlərini yerli IRNA sitat gətirib.

"Tramp İrana qarşı çox əsassız bəyanatlar verir, eləcə də ittihamlar səsləndirir. Sonuncu irad da onlardan biridir. Ümumiyyətlə isə bizim Yəmənə raket vermək imkanımız yoxdur", - deyə IRNA Cəfərinin sözlərini sitat gətirib.