Yoldan keçən hər qadına baxırlar...


Digərləri 05 Noy 2017 19:34:00 268 0

Yoldan keçən hər qadına baxırlar...

Kişilər haqqında nə bilirsiniz? Sadəcə futbolu sevdiklərinimi? Əmin olun ki, kişilər bundan ibarət deyillər. Son.az ailem.az-a istinadən kişilərin nələri gizlətmələri ilə bağlı məlumat verir.

Kişilərin heç bir iş görmədən eləcə boş-boş durduqları zamanlar var   Kişilər hər zaman nə iləsə məşğul deyillər, ya da hər an ciddi qərarlar vermək için baş sındırmazlar. Bəzən sadəcə özlərinə ayıracaq hüzurlu və səssiz anlar yaşamaq istəyirlər.   Kiçik detallara baş qoşmazlar   Kişilər kiçik detallara baş qoşmur. Qadınlarla müqayisədə kişilərin hadisələrdən niyə zövq aldığını anlamaq elə də çətin deyil. Biz beynimizi kiçik şeylərlə yorarkən onlar anın dadını çıxarırlar.   Onların da qorxuları var    Kişilər cəmiyyət tərəfindən qəhrəman olaraq elan edilməsinə görə çətin vəziyyətlərlə üzləşməli olurlar. Bu çətin vəziyyətlər qarşısında kişilər də ən az qadınlar qədər qorxur və narahat olurlar.   Yoldan keçən hər qadına baxırlar   Kişilər yanlarından keçən qadınlara baxmağa meyllidirlər. Hər qadına baxmaları bir az ürəyinizi sıxsa da, çarə yoxdur, çünki bu, onların təbiətində var.   Dəstəklənməyi sevirlər   Kişilər də ən az qadınlar qədər dəstəklənməyə ehtiyac duyur. Gündəlik həyatda yaşanılan stress və xəyal qırıqlıqları üzündən hər insanın dəstəklənmə ehtiyacı olduğu çox açıq deyilmi?