Yıldırım ABŞa gedir


Dünya 05 Noy 2017 17:45:00 246 0

Yıldırım ABŞa gedir

Türkiyənin Baş naziri Binəli Yıldırım noyabrın 7-də ABŞ-a səfər edəcək.

Qafqazinfo Anadolu agentliyinə istinadla xəbər verir ki, 7-10 tarixlərində baş tutacaq səfər çərçivəsində Binəli Yıldırım ABŞ-ın vitse-prezidenti Maykl Pens ilə görüşəcək.

Görüşdə əsas müzakirə mövzusu FETÖ, PKK/PYD və iki ölkə arasındakı viza probleminin həll edilməsi məsələləri olacaq. Bundan başqa, terrorizmə qarşı mübarizə, qarşılıqlı siyasi, iqtisadi, hərbi əlaqələr və miqrant böhranı da müzakirə ediləcək.